Saatlıda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş rayon birinciliyi
16-18 yanvar 2013-cü il Saatli rayon Gənclər və İdman idarəsi Hikmət Cəfərov adına şəhər Uşaq Gənclər İdman məktəbinin idman zalında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında sərbəst güləş idman növü üzrə rayon birinciliyi keçirilib. Yarışda 41 nəfər iştirak edib. Nəticədə 10 çəki üzrə 1-ci və 2-ci yerləri tutmuş idmançılar rayon Gənclər və İdman idarəsi tərəfindən diplom və hədiyyələr ilə təltif olunublar.

Yarışın məqsədi uşaqların, yeniyetmələrin və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, idmanın rolunun artırılması, sərbəst güləş idman növünün inkişaf etdirilməsi, perspektivli idmançıların üzə çıxarılması və onların yığma komandalara cəlb olunmasına nail olmaqdır.

Xəbər 916 dəfə oxundu.