Ramiz Məmmədov qərar verib
“Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov baxışda olan futbolçulardan biri ilə bağlı qərar verib. Baş məşqçi rumın Vasile Georgedən imtina edib.

Dayaq yarımmüdafiəçisi bəyənilməyib. Çünki Amit Quluzadə, Luka Zinko, Elmar Baxşiyev, Aleksandr Çertoqanov və Yaşar Abuzərov məhz onun kimi dayaq yarımmüdafiəsi mövqeyində çıxış edir.

Qeyd edək ki, 27 yaşlı yarümmüdafiəçi “Qəbələ”yə “Universitatea Kluj”dan gəlmişdi. O, əvvəllər Rumıniyanın “Dunarea”, “Astra” və “Mioveni” klublarında oynayıb.

Xəbər 921 dəfə oxundu.