U-17 dünən ikinci yoxlama oyununu keçirib
Türkiyədə təlim-məşq toplanışını davam etdirən “İnter”in U-17 komandası dünən ikinci yoxlama oyununu keçirib. “Bankirlər”in rəqibi Tiflis şəhərinin 35 nömrəli UGFM-in U-17 komandası olub.

Arif Əmirxanovun yetirmələri matçı qələbə ilə başa vurublar – 3:2. “İnter”in heyətində Roman Məmmədov iki qola imza atıb, digər qolun müəllifi isə Məhəmməd Məmmədov olub.

Qeyd edək ki, toplanış çərçivəsində keçirilən ilk yoxlama oyununda “İnter” “Antalyaspor” klubunun U-17 komandası ilə qarşılaşıb – 0:0. “İnter”in toplanışına yanvarın 30-da yekun vurulacaq.

Xəbər 833 dəfə oxundu.