“İnter”in Antalya toplanışı davam edir
“İnter”in Antalya toplanışı davam edir. Ötən gün baş tutan məşqdən öncə klubun prezidenti Georgi Nikolov komanda üzvlərilə görüşüb.

Məşq prosesi ilə maraqlanan prezident komandaya uğurlar arzulayıb. Baş məşqçi Kaxaber Tsxadadze hazırlıq prosesi barədə qısa məlumat verib və yaradılmış şəraitdən razılığını bildirib. Görüşdə komandanın direktoru Natiq Məmmədov da iştirak edib.

Sonra “İnter” məşqə başlayıb. Səhər məşqində fiziki hərəkətləri yerinə yetirən futbolçular sonradan kiçik qapılara dəqiq zərbələr endiriblər. Komanda üzvləri axşam məşqində isinmə hərəkətlərini yerinə yetirməklə yanaşı, taktiki məşğələlər üzərində də çalışıblar.

Xəbər 829 dəfə oxundu.