“Real”ın məşqçisi Kaka barədə açıqlama verib
“Real”ın məşqçisi Aytor Karanka komandadan ayrılması gözlənilən Kaka barədə açıqlama verib. “Kral Klubunun məşqçisi braziliyalı futbolçunun durumuna dekabrın 31-dək aydınlıq gələcəyini bildirib.

Kaka üçün transfer təkliflərinin olduğunu bildirən Karanka futbolçunun komandadan ayrılacağına işarə vurub: “Kaka üçün təkliflər var və hazırda rəhbərliyimiz bunları dəyərləndirir. Dekabrın 31-də hər şey bəlli olacaq. Kaka başqa kluba keçməsə, komandanın oyunçusu olaraq qalacaq”.

Xəbər 887 dəfə oxundu.