Salyanda 20 Yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş rayon birinciliyi
Yanvar 17-18 Salyan rayon Gənclər və İdman İdarəsi təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuş futzal üzrə şəhər ümumtəhsil məktəbləri arasında rayon birinciliyi keçirilib. Yarışda 48 məktəbli iştirak edib. Məqsəd 20 Yanvar şəhidlərinin xatirəsini əbədiləşdirmək, Azərbaycan Respublikasında futbolun inkişafına dair Dövlət Proqramının (2005-2015-ci illər) icrasını təmin etməkdir. Sonda birinci yerə 2 saylı, ikinciyə 1 saylı, üçüncüyə 4 saylı məktəbin komandası layiq görülüblər.

Xəbər 977 dəfə oxundu.