Cəlilabadda boks üzrə rayon birinciliyi
Yanvarın 20-21-də Cəlilabad rayounun boks idman zalında “ 20 Yanvar ” şəhidlərinin xatirəsinə həsr olunmuş boks üzrə rayon birinciliyi keçirilib. Rayon birinciliyində 80-dək idmançı iştirak edib. Yarışın məqsədi 20 Yanvar şəhidlərinin xatirəsini əbədiləşdirmək, boks idman növünün inkişafına və idmanın kütləviliyinə nail olmaq, prespektivli idmançıları aşkar etmək olub. Tədbirin sonunda birinci yeri Gİİ-nin nəzdindəki UGİM-i, ikincini RTŞ-nin nəzdindəki UGİM-i tutublar.

Xəbər 973 dəfə oxundu.