Goranboyda “Gənclər Günü”nə həsr olunmuş tədbir
Yanvarın 22-də Goranboy rayon Yeniyol kənd tam orta məktəbində 2 fevral – “Gənclər Günü”nə həsr olunmuş Şən startlar - əyləncəli İdman oyunu adlı tədbir keçirilib. Tədbirdə 30 idmançı, 5 məşqçi, 4 hakim iştirak edib. Tədbirin məqsədi uşaq və yeniyetmələrin fiziki hazırlığının yüksəldilməsi, dostluq və yoldaşlıq əlaqələrinin gücləndirilməsi, komanda idman növünün təbliği olub. Sonda birinci yeri Günəş komandası, ikincini Səma komandası, üçüncünü Xəzər komandası tutub.

Xəbər 1013 dəfə oxundu.