20 Yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş turnir
16-17 yanvar Astara rayon Gənclər ve İdman İdarəsinin təşkilatçılığı ilə oğlanlar ve qızlar arasında 20 yanvar faciəsi şəhidlərinin xatirəsinə həsr olunmuş 3 km məsafəyə kross qaçışı üzrə raton turniri keçirilib.

Yarışda 150-dən artıq idmançı və məşqçi iştirak edib. Birinci yeri Afir Qeybiyev, ikinci yeri Əli Arzuman oğlu, üçüncü yeri Neymeddin Qənizadə, qızlar arasında birinci yeri Sevil İsayeva, ikinci yeri Ravina Salayeva, üçüncü yeri isə Türkan Həbibova tutublar. Yarışın qalibləri Astara Rayon Gənclər ve İdman İdarəsi tərəfindən diplomlar ve xatirə hediyyeleri ilə mükafatlandırılıb.

Xəbər 913 dəfə oxundu.