Xüsusi olimpiyaçılarımız Qış olimpiya oyunlarında
Yanvarın 29-dan fevralın 6-na qədər Cənubi Koreyanın Pyeonq Chanq şəhərində Ümumdünya Xüsusi Qış Olimpiya Oyunları keçiriləcək. Oyunların təntənəli acılış mərasimi yanvarın 29-da təşkil olunacaq. Bu mötəbər yarışda Azərbaycan Xüsusi Olimpiya Komitəsinin döşəmə üzərində hokkey üzrə yığma komandası da iştirak edəcək.

Döşəmə üzərində hokkey idman növü ölkəmizdə 1995-ci ildən etibarən inkişaf etdirilir. Xüsusi olimpiyaçılar bu idman növü üzrə ilk böyük nəticəni, 1997-ci ildə Kanadanın Toronto şəhərində əldə ediblər. Yığma komandamız Torontoda keçirilmiş Ümumdünya Xüsusi Qış Olimpiya Oyunlarının gümüş medalına layiq görülüb. Millimiz 2001-ci ildə Alyaskanın Ankoric şəhərində, 2005-ci ildə isə Yaponiyanın Naqano şəhərində keçirilmiş analoji yarışlarda bürünc medal qazanıb.

Xəbər 1038 dəfə oxundu.