“Tərəqqi” yoxlama oyunu keçirib
I divizion təmsilçisi “Tərəqqi” yoxlama oyunu keçirib. Gəncə təmsilçisi “Simurq”un əvəzedici heyətini sınağa çəkib.

Gəncə şəhər stadionunda reallaşan görüşü milli dərəcəli hakim Rəşad Abbasovun başçılıq etdiyi hakimlər briqadası idarə edib. Matç ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Tərəqqi”dən qolları Orxan Əlibalayev və Ülvi Aslanov rəqib qapısından keçirib.

Xəbər 791 dəfə oxundu.