Qaxda rayon birinciliyi keçirilib
Qax rayonunda 15-17 yaşlı qızlar və oğlanlar arasında məktəblilərin basketbol üzrə rayon birinciliyi keçirilib. Bu yarışın keçirilməsində məqsəd basketbol idman növünün rayonda inkişaf etdirilməsidir.

Yarışda qızlar arasında 120 nəfər ,oğlanlar arasında 160 nəfər iştirak edib. Qızların yarışları yanvarın 7-dən 26-na, oğlanların yarışı isə 7-dən 27-nə kimi keçirilib. Yekun nəticələrə görə, qızlar arasında birinci yeri İlisu kənd tam orta məktəbi, ikinci yeri Güllük kənd tam orta məktəbi şəhər, üçüncü yeri 2 saylı tam orta məktəbin komandaları tutublar. Oğlanlar arasında isə birinci yeri İlisu kənd tam orta məktəbi, üçüncü yeri Qaşqaçay tam orta məktəbi tutublar

Xəbər 926 dəfə oxundu.