«Barselona»lının oğlu Milan
«Barselona»nın müdafiəçisi Xerard Pikenin həyat yoldaşı olan 35 yaşlı kolumbiyalı məşhur müğənni Şakira ona oğul övladı bəxş edib. İdman.com.az saytının məlumatına görə, uşağın adını Milan qoyublar. Soyadı isə iki tərəfli olacaq – Pike Mebarak.

Futbolçu öz Twiiterndə Şakira və uşağı ilə Barselonadakı klinikada olduğbunu və onların yaxşı olduğunu yazıb. Müğənninin saytında isə uşağın artıq «Barselona» klubunun üzvü olması bildirilir.

Pike ilə Şakiranın sevgi macərası 2010-cu ildən başlayıb. Bu barədə rəsmi məlumatı isə onlar 2011-ci ilin martında veriblər. Pike «Barselona» ilə Çempionlar Liqası və dünya klub çempionatının hər birini iki dəfə qazanıb. İspaniya yığması ilə 2010-cu ildə dünya, 2012-ci ildə Avropa çempionu olub.

Adətən futbolçular və bütövlükdə idmançılar bukmeker biznesi ilə sıx əlaqədə olurlarsa, bu onların karyerasına mənfi təsir göstərir. Məsələn, İtaliyada buna görə yarışlardan kənarlaşdıra bilərlər. Hətta həbs cəzası da istisna deyil. Lakin Kan artıq keçmiş futbolçudu və ona heç bir irad ola bilməz. Hər halda o, öz karyerası ilə «feyr-pley»in onun üçün yad olmadığını sübut edib və onu hansısa fırıldaqlarda şübhəli bilmək düzgün olmaz.

Xəbər 883 dəfə oxundu.