Kan bukmekerlər üçün çalışacaq
Almaniya yığmasının əfsanəvi qapıçısı və keçmiş kapitanı Oliver Kan idmanda pul qoyuluşlarına aludə olub. İdman.com.az saytının məlumatına görə, 1990-2000-ci illər «Bavariya»sının keçilməz qapıçısı Tipico bukmeker kontorunun rəsmi siması oldu. Kanın şirkətlə müqaviləsi 5 illik müddətə nəzərdə tutulub. Bu müddət ərzində məşhur futbolçu kontorun və bukmeker biznesinin almaniyalı azarkeşlər arasında müsbət obrazını yaratmalıdı. Məlum olduğu kimi, bu ölkədə idman yarışlarına pul qoyuluşlarına münasibət elə də yaxşı deyil.

Xəbər 797 dəfə oxundu.