Gəlirlər yenə «Kral klubu»nda
Madrid «Real»ı 8-ci dəfə dalbadal dünyanın ən gəlirli klubu olub. İdman.com.az saytının məlumatına görə, bu hesablamaları Britaniyanın «Deloitte» auditor şirkəti aparıb. «Kral klubu»nun 2011-2012-ci illərdə gəliri 512,6 milyon avro təşkil edib.

«Real» dünyada bütün idman növləri üzrə illik gəlirdə yarım milyard həddini aşan ilk klub olub.
İlk 6 pilləsi 5 ildi ki, dəyişməyən ən gəlirli klubların ilk onluğu isə belədir:

1. «Real» – 512,6
2. «Barselona» – 483,0
3. «Mançester Yunayted» – 395,9
4. «Bavariya» – 368,4
5. «Çelsi» – 322,6
6. «Arsenal» – 290,3
7. «Mançester Siti» – 285,6
8. «Milan» – 256,9
9. «Liverpul» – 233,2
10. «Yuventus» – 195.4

Xəbər 1253 dəfə oxundu.