Lyorente «Yuventus»da
Lyorente Turin «Yuventus»u ilə 4 illik müqavilə imzalayıb. İdman.com.az saytının məlumatına görə, bu saziş iyul ayından qüvvəyə minəcək. Və ta 2017-ci ilin yayınadək qüvvədə olacaq.

Lyorente turinlilərin düşərgəsinə sərbəst agent kimi qatılacaq. Belə ki, onun «Atletik»lə müqaviləsi iyunun 30-da bitir. «Yuventus» Lyorenteyə hər mövsüm 4,5 milyon maaş ödəməyə razılıq verib.

Hazırkı mövsümdə Lyorente İspaniya çempionatında 12 dəfə meydana çıxıb və 1 qol vurub.

Xəbər 1003 dəfə oxundu.