«Neftçi»yə qol vuran futbolçunu «Liverpul» istəyir
«Liverpul»un nümayəndə heyəti Milana yola düşüb. Məqsəd «İnter»in yarımmüdafiəçisi Filippe Koutinyonun transferini razılaşdırmaqdır.

İdman.com.az saytının məlumatına görə, futbolçu özü bir qədər öncə «İnter»də qalmaq niyyətini bəyan etsə də, «Liverpul» 20 yaşlı braziliyalını almaqda israrlıdı. Sazişin həftənin sonunadək imzaladılması planlaşdırılır.

«Liverpul»un nümayəndə heyətinə Milanda icraçı direktor Yan Eyr başçılıq edir. Mersisaydlıların 6,5 milyon funtluq ilk təklifi rədd edilmişdi. «İnter» braziliyalı oyunçusunun satışından 9-10 milyon əldə etməyi düşünür. Tərəflər də danışıqlarda məhz bu məsələdə razılığa gəliblər.

«Liverpul»la Koutinyo uğrunda mübarizədə «Sauthempton» da rəqabət apara bilər. «Sauthempton» futbolçu ilə maraqlansa da, hələ ki, öz təklifini irəli sürməyib.

Qeyd edək ki, Avroliqanın qrup mərhələsində «Neftçi» ilə Bakıdakı matçda braziliyalı forvard «qara-göylər»in ilk qolunun müəllifi olmuşdu. Ümumilikdə, görüş «İnter»in 3:1 hesablı qələbəsi ilə bitmişdi.

Xəbər 1109 dəfə oxundu.