Gekas karyerasını Türkiyədə davam etdirəcək
Yunan hücumçu Teofanis Gekas karyerasını Türkiyədə davam etdirəcək Futbolçu dekabr ayından sərbəst agent statusu daşıyır. İdman.com.az saytının məlumatına görə, bu statusu o, «Levante» ilə müqaviləsini ləğv etdikdən sonra alıb.

Gekas dünən «Akhisar Bələdiyyəspor»la 1,5 illik müqavilə bağlayıb .«Akhisar Bələdiyyəspor» hazırda Superliqada 18 turdan sonra 16 xalla sonuncu yerdədi və komanda elitada yerini qorumaq üçün hücumunu onunla gücləndirib.

Gekas üçün Türkiyə yeni ölkə deyil. O, ötən il «Samsunspor»un şərəfini qoruyub. Yunanıstan millisinin formasını 65 dəfə geyinmiş futbolçunun Türkiyədən kənar klub karyerasında daha öncə «Panatinaikos», «Boxum», «Bayer», «Portsmut», «Herta» və «Ayntraxt» kimi klublar da olub.

Xəbər 991 dəfə oxundu.