Sneyder nələri dəyişdirəcək?
«Qalatasaray»ın sıralarına qatdığı və 14 nömrəli köynəyə yiyələnən Uesli Sneyder komandada necə istifadə ediləcək. İdman.com.az saytının məlumatına görə, Fateh Terim iki ildir əzbərlədiyi 4-4-2 əvəzinə yeni sxemlərə üz tuta bilər. 4-2-3-1, ya da 4-1-4-1-ə dönmə ehtimalları olan Termin, Sneyderdən də maksimum səmərə ala bilmək üçün bunlardan birincisini seçəcəyinə güman jaha böyüdü.

Bu halda müdafiə xəttinin önünə Səlcuq və Melonu yerləşdirəcək təcrübəli məşqçi, orta sahəni isə Hamit-Sneyder-Emre şəklində meydana gətirib, irəlidə Burak Yılmazı «Trabzonspor»dan da vərdiş etdiyi və olduqca təsirli olduğu tək mərkəz forvardı kimi istifadə edəcək. Nordin Amrabat da, xarici kontingentindən olduğu üçün ehtiyatda qalma təhlükəsiylə qarşı-qarşıyadı.

Müdafiə etmə xəttinin zəif qalmasında tənqid olunan komanda orta sahədəki beşliklə topu irəlidə tutaraq, topa hakim olub müdafiəni rahatlaşdıra bilər.

Rəqiblərin müdafiə xəttini yarmaqda problemləri olan «Qalatasaray» hollandiyalı ulduzun gəlişiylə bu çətinliyi aradan qalxdıra bilər. Müdafiəni həm mərkəzdən, həm də cinahlardan yara bilən Sneyder, məsafə tanımadan vuracağı zərbələri ilə də rəqibləri hədələyəcək.
Sneyderin gəlişiylə həm də sərbəst zərbələr daha təhlükəli olacaq. Selcuk İnan bu zərbələri Sneyderlə paylaşmaq məcburiyyətində qala bilər. Bu mənada iki ulduz arasında rəqabət yaşana bilər.

Hollandiyalı ulduzun üstünlükləri qeyd edildi. Ancaq qəti onu demək olar ki, Uesli Sneyderin bir az zamana ehtiyacı var. Çünki o, mövsümün əvvəlində «İnter»də maaşın azaldılmasına razı qalmayaraq meydana az buraxılmış və formadan uzaq qalmışdı.

Xəbər 1419 dəfə oxundu.