Gənclər və İdman Nazirliyi I Avropa Oyunları üçün loqotip müsabiqəsi elan edib

I Avropa Oyunlarının loqotipini hazırlayan 5000 manat qazanacaq

Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının 8 dekabr 2012-ci il tarixli qərarını və "I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2013-cü il tarixli Sərəncamını nəzərə alaraq Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi" I Avropa Oyunları (Bakı 2015)" mövzusunda açıq loqotip müsabiqəsi elan edib.

Əsas şərtlər:

- Müsabiqədə dizayn qrafikası sahəsində peşəkar və ya həvəskar olaraq fəaliyyət göstərən hər bir şəxs iştirak edə bilər.
- İştirakçılara yaş məhdudiyyəti qoyulmur.
- Bir müəllif ən çox 5 iş təqdim edə bilər.
- Təqdim edilən işlər müsabiqənin mövzusuna uyğun olmalıdır.
- Müsabiqəyə yalnız indiyə qədər istifadə edilməyən və mövcud loqotiplərin elementlərini təkrarlamayan loqotiplər təqdim edilməlidir.

Təqdim olunan loqotiplər aşağıdakılardan ibarət olmalıdır:
- loqotipin ağ-qara həlli
- loqotipin rəngli həlli
- loqotipin rastr qrafik versiyası (*jpeg, *png (ölçüsü 500 kb az olmamaq şərti ilə))
- loqotipin vektor versiyası (*eps, *ai, *cdr (12-ci versiya))

Təqdim olunan işlər və ərizə forması 23 fevral 2013-cü il tarixə kimi elektron formada həm müsabiqənin baku2015@yahoo.com elektron poçt ünvanına, həm də Təşkilat Komitəsinə (cd-r, dvd-r) göndərilməlidir.

Müsabiqənin mükafat fondu aşağıdakı qaydada müəyyənləşdirilib:

- I yer - 5000 AZN
- II yer (laureat) - 3000 AZN
- III yer (laureat) - 2000 AZN

Müsabiqənin Əsasnaməsini, ərizə formasını və daha ətraflı məlumatı www.mys.gov.az internet saytından əldə etmək olar.

Əlaqələndirici şəxs: Ülviyyə Zeynalova
Telefon: 465-84-15; 051-992 06 20
E.mail: baku2015@yahoo.com
Ünvan: Bakı ş., Olimpiya küç. 4, Gənclər və İdman Nazirliyinin inzibati binası (210-cu otaq)

Xəbər 1645 dəfə oxundu.