"Simurq" dünən iki məşqə çıxıb
Antalyada hazırlıqlara davam edən "Simurq" dünən iki məşqə çıxıb. Səhər idmanı əsasən taktiki və texniki tapşırıqlar üzərində qurulmuşdu. İsinmə hərəkətlərindən sonra fiziki hazırlıq üzrə məşqçi Aleksandar Karakliçin rəhbərliyi altında fiziki göstəricilərin artırılması üçün yüngül çalışmaları yerinə yetirilib.

Daha sonra isə qısa ötürmələr və qapıya zərbələr üzərində məşq edilib. Çalışmanın sonunda Georgi Çixradzenin yetirmələri standart vəziyyətləri yetirə yetirib. Axşam məşqi isə qısa məsafəli qaçış və isinmə hərəkətlərindən sonra ikitərəfli oyunla tamamlanıb.

Bu günkü məşqdə Murad Səttarlı U-21-in düşərgəsinə qoşulduğundan, komanda ilə birgə hazırlıqlara qatılmayıb. Hazırda baxışda olan hücumçular Tomislav Buşiç və Tshibamba Omari isə hələ də "Simurq"la birlikdə məşq edir. Onlar haqqında son qərar məşqçilər korpusu tərəfindən yoldaşlıq görüşlərindən sonra verəcək.

Xəbər 830 dəfə oxundu.