Sumqayıt cüdoçularının mübarizəsi

12-13 yanvar 2013-cü il tarixlərində Paralimpiya İdman Kompleksində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş 1999-2000-ci il təvəllüdlü yeniyetmə oğlan və qızlar arasında Sumqayıt şəhər birinciliyi keçirilib.
Gərgin idman mübarizəsi şəraitində iki gün davam edən yarışda şəhər cüdoçuları Şəfəq İsmayılova (28 kq), Şəhanə Hacıyeva (32 kq), Nərmin Səmədli (40 kq), Gültac Məmmədəliyeva (44 kq) və Fidan Tanrıverdiyeva (+52 kq) qızlar arasında, Nicat Süleymanov (30 kq), Şahin Aslanov (34 kq), Rövşən Əliyev (38 kq), Nicat İsmayılov (42 kq), Qənbər Hüseynli (46 kq), Əli Rüstəmov (50 kq), Nicat Mirzəzadə (55 kq), Sabir İsmayılov (60 kq), Elbrus Hüseynzadə (66 kq) və Bəxtiyar Musayev (+66 kq) oğlanlar arasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Yarışların qalib və mükafatçıları şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanı və hədiyyələri ilə təltif ediliblər



Xəbər 988 dəfə oxundu.