“Bakı” bir gündə iki yoldaşlıq görüşünə çıxıb
Antalyada təlim-məşq toplanışını davam etdirən “Bakı” futbol komandası bir gündə iki yoldaşlıq görüşünə çıxıb.

“Bakı” qarışıq heyətlə əvvəlcə Macarıstan təmsilçisi “Uypeşt”, sonra isə Almaniya NRW liqasında mübarizə aparan “Bergich Gladbach” klubu ilə qarşılaşıb.

Komandamız ilk oyunda məğlub olsa da (0:2), ikinci matçda minimal hesablı qalibiyyət əldə edib - 1:0. “Bakı”nın qələbə qoluna baxışda olan futbolçu Ferdi Elmas vurub

AzərTAc

Xəbər 1057 dəfə oxundu.