Şəhər birinciliyinə yekun vurulub

19-20 yanvar 2013-cü il tarixlərində “Alüminumçu” İdman Evində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmə və gənc oğlanlar arasında şəhər birincili keçirilib.
İki gün davam edən yarışda Saqif Məmmədov (48 kq), Teyfur Verdiyev (52 kq), Əmrah Bayramov (56 kq), Məhəmməd Abbasov (60 kq), Elmir Eminov (65 kq), Mirmehdi Mahmudov (70 kq), Ceyhun Məmmədzadə (75 kq), Şahin Ağaverdiyev (81 kq), Röyal Səfərov (87 kq) və Ağabəy Təmrazov (+87 kq) yeniyetmələr arasında, Taleh Həşimov (48 kq), Kənan Rüstəmov (52 kq), Niftalı Niftalızadə (57 kq), Məhəmməd Azadoğlu (62 kq), Elməddin Əliyev (68 kq), Yusif Bağırov (74 kq), Emin Əzizov (82 kq), Vüsal Həsənov (90 kq) və Sənan Əhmədov (100 kq) gənclər arasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Yarışların qalib və mükafatçıları şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanı və hədiyyələri ilə təltif ediliblər.

Mail Hümbətov
Sumqayıt şəhər Gənclər və İdman Baş
İdarəsinin baş məsləhətçisi

Xəbər 932 dəfə oxundu.