"İnter" dünən iki dəfə meydançaya çıxıb
Türkiyədə təlim-məşq toplanışı keçirən "İnter" dünən iki dəfə meydançaya çıxıb. Səhər məşqində futbolçular əsasən fiziki hərəkətlərin və müəyyən məsafayə qaçışın yerinə yetirilməsinə diqqət ayırıblar.

Axşam məşqinə isinmə hərəkətlərilə başlayan komanda sonradan meydançanın yarısında ikitərəfli oyun keçirib.

Uzun müddətdir zədə üzündən meydançadan ayrı düşən Georgi Adamiya artıq komandanın sərəncamındadı və gürcüstanlı futbolçu fərdi proqram əsasında məşq edir.

Xəbər 879 dəfə oxundu.