Cavid İmamverdiyev milliyə dəvət olunub
Azərbaycan milli komandasının yanvarın 29-dan fevralın 6-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək təlim-məşq toplanışına daha bir futbolçu dəvət olunmuşdur.

Əvvəlcə adı ehtiyat heyətdə qeyd olunmuş Cavid İmamverdiyev (“Neftçi”) millinin hazırlıq prosesində iştirak edəcəkdir.

Qeyd edək ki, hazırlıq prosesi çərçivəsində millimiz fevralın 1-də Özbəkistan yığması ilə yoxlama oyunu, fevralın 6-da isə Lixtenşteyn millisi ilə beynəlxalq yoldaşlıq görüşü keçirəcəkdir.

AzərTAc

Xəbər 798 dəfə oxundu.