Roberto Baggio tutduğu vəzifədən imtina edib
Əfsanəvi futbolçu Roberto Baggio İtaliya Futbol Federasiyasında tutduğu vəzifədən imtina edib.

Veteran futbolçunun bu qərarı verməsinə səbəb onun irəli sürdüyü fikirlərinə əhəmiyyət verilməməsidi. Onun sözlərinə görə, İtaliya futbolunun inkişafı üçün verdiyi tövsiyyələrə fikir verilmir. 45 yaşlı Baggio qərarından peşman olmadığını deyib:

“2011-ci ilin dekabr ayında layihəmi təqdim etmişəm. Amma sonradan məlum oldu ki, bu, boş iş hesab olunub. Mən sadəcə oturmaq istəmirəm. Nəsə etməyə çalışıram. Məhz bu səbəbdən belə qərar verdim. Bunu da könülsüz etməmişəm”.

Qeyd edək ki, Baggoinun Federasiyada əsas işi gənc futbolçularla işləmək və istedadlıları üzə çıxartmaq idi.

Xəbər 1087 dəfə oxundu.