“Simurq”un Antalya toplanışı davam edir
“Simurq”un Antalya toplanışı davam edir. Georgi Çixradzenin yetirmələri dünən bir məşq çıxıb.

Səhər saatlarında baş tutan hazırlıqda əvvəlcə yüngül qaçış və isinmə hərəkətlərini yerinə yetirilib. Daha sonra ÇSKA ilə matçda əvəzlənməyən Ruslan Poladov, Aleksandr Şemonayev, Stepan Polyak və Anderson Oliveyra komandadan ayrı çalışıb. Onlar məşqi ayaq tenisi oynamaqla davam etdirib. Qalan futbolçular isə dörd qrupa bölünərək iki tərəfli oyun keçirdib. Bundan sonra isə baş məşqçi yetirmələrinə istirahət verib.

Qeyd edək ki, “Simurq” bu gün iki məşqə çıxacaq. Komanda Antalya hazırlığı çərçivəsində yanvarın 25-də növbəti yoxlama görüşünü keçirəcək. “Sarı-qaralar”ın rəqibi Rusiyanın “Tom” klubu olacaq.

Xəbər 870 dəfə oxundu.