Bruno Pineyro Azərbaycandan təklif alıb
Portuqaliyalı futbolçu Bruno Pineyro Azərbaycandan təklif alıb. Bu barədə 25 yaşlı müdafiəçi özü “A Bola” qəzetinə açıqlamasında deyib.

Pinheyro yayda ölkəmizdən təklif aldığını bildirsə də, onunla maraqlanın klubun adını açıqlamayıb: Portuqaliya, Cənubi Kipr və Azərbaycandan təkliflər var idi. Amma “Makkabi”nin (Netanya) şərtləri məni qane etdiyindən bu komandaya keçdim”.

Qeyd edək ki, tam adı Bruno Filipe Tavares Pineyro bu il Portuqaliyanın “Gil Visente” klubundan “Makkabi”yə (Netanya) keçib. O, əvvəllər Portuqaliyanın “Boavişta”, “Ribeyro”, Cənubi Kiprin “Aris” və Polşanın “Vidzev” klublarında top qovub.

Xəbər 1039 dəfə oxundu.