İki əfsanə qayıtdı
Ötən ilin sonlarında Braziliya millisinə dönən Luis Felipe Skolari İngiltərə ilə yoldaşlıq matçına iki əfsanəvi ismi dəvət edib. Baş məşqçi Ronaldinyo və Julio Cesarı yığmaya qaytarıb.

Ronaldinyo iyun ayında “Flamenqo”dan “Atletiko Mineyro”ya keçmiş və həmin vaxtdan milliyə dəvət almamışdı. 32 yaşlı futbolçu düz 6 ay sonra yenidən yığmaya qaytarılıb. “İnter”dən “Queens Park”a keçən Julio Cesar da uzun müddət idi ki, milliyə çağırılmırdı.

Qapıçılar: Julio Cesar (Queens Park, İngiltərə), Dieqo Alves (Valensiya, İspaniya).

Müdafiəçilər: Adriano, Daniel Alves (hər ikisi “Barselona”, İspaniya), Miranda, Felipe Luis (hər ikisi “Atletiko”, İspaniya), Dante (Bavariya, Almaniya), David Luiz (Çelsi, İngiltərə), Leandro Kastan (Roma, İtaliya).
Yarımmüdafiəçilər: Arouka (Santos, Braziliya), Hernanes (Latsio, İtaliya), Ramires (Çelsi, İngiltərə), Oskar (Çelsi, İngiltərə), Lukas (PSJ), Paulinyo (Korintians, Braziliya).

Hücumçular: Fred (Fluminense, Braziliya), Halk (Zenit, Rusiya), Neymar (Santos, Braziliya), Ronaldinyo (Atletiko Mineyro, Braziliya), Luis Fabiano (San Paulo, Braziliya).

Xəbər 946 dəfə oxundu.