“Kəpəz” hazırlığını davam etdirir
Təlim-məşq toplanışı üçün Bakıda olan “Kəpəz” hazırlığını davam etdirir. Komanda baş məşqçi Mahmud Qurbanovun başçılığı altında “Dalğa Arena”da məşq keçir.

Gəncəlilər artıq hazırlığı intensivləşdiriblər. Belə ki, həm məşqlərin sayı, həm də ağırlığı artıb. İndi futbolçular gündə iki dəfə məşq edirlər. Komanda səhər saat 11.00-da və günortadan sonra 16.00-da məşqə çıxır.

Səhər məşqindən sonra nahara çıxan komanda üzvləri istirahətin ardından yenidən meydançada iş başında olurlar. Məşqlərdəki yükləmələrə gəlincə, toplanışda fiziki yönlü hazırlıqla yanaşı, futbolçular toplu çalışmalar üzərində də işləyirlər. Məşq prosesi 1,5-2 saat çəkir.

Xəbər 813 dəfə oxundu.