"Qəbələ" "Spartak"la oyundan imtina etdi
Antalyada təlim-məşq toplanışını davam etdirən "Qəbələ" klubu yanvarın 25-də keçirilməsi nəzərdə tutulan Rusiyanın "Spartak" (Nalçik) komandası ilə oyundan imtina edib.
Buna tərəflərin matçın başlama saatında razılığa gələ bilməməsi səbəb olub.
Belədə Ramiz Məmmədovun komandası yeni rəqib axtarışına çıxıb.

Qeyd edək ki, "Qəbələ" ilk yoxlama matçında Almaniyanın "İnqolştad" klubuna 3:4 hesabı ilə uduzmuşdu.

Xəbər 866 dəfə oxundu.