“Qəbələ” Antalyada ilk yoxlama oyununu keçirib
Antalyada hazırlıqlarını davam etdirən “Qəbələ” futbol komandası ilk yoxlama oyununu keçirmişdir.

Almaniyanın “İnqolştadt” komandası ilə qarşılaşan “Qəbələ” 3:4 hesabı ilə məğlub olmuşdur.

“Qəbələ”nin heyətində Rəşad Abdullayev və Yannik Kamanan fərqlənmişlər. Bir qol isə avtoqol sayəsində qeydə alınmışdır.
Qeyd edək ki, “Qəbələ” Antalyada keçirdiyi ilk yoxlama oyununda minimal hesabla məğlub olmuşdu. Növbəti qarşılaşma yanvarın 25-də keçiriləcək və rəqib “Spartak” (Nalçik) komandası olacaqdır.

AzərTAc

Xəbər 909 dəfə oxundu.