“Sumqayıt” komandası seleksiya xarakterli toplanış keçirib
“Bayıl Arena”da “Sumqayıt” klubu 1998-2002-ci il təvəllüdlü futbolçular arasında seleksiya xarakterli təlim-məşq toplanışı keçirmişdir.

Bölgələrdən gəlmiş uşaqlar komandanın baş məşqçisi Bernhard Raab, onun köməkçiləri və akademiyanın məşqçilər heyəti tərəfindən yoxlanılmışlar.

Üç saatdan artıq davam edən seleksiya xarakterli toplanışda 60-dan artıq futbolçu izlənilmişdir.

AzərTAc

Xəbər 1219 dəfə oxundu.