Kuenka yenidən yaşıl meydanda
Barselonanın məşhur oyunçusu İsaak Kuenka, may ayında keçirdiyi əməliyyatın ardından yaşıl meydana geri dönüb. İdman.com.az saytının məlumatına görə, o, təxminən 7 ay meydandan uzaq qalıb. Onun məşqlərə yenidən çıxması üçün hazır olduğu bildirilib.
Xatırladaq ki, Barselonanın 21 yaşlı məşhur futbolçusu ilk dəfə keçən il öz komandasına 4 qol qazandırıb.

Barselona yanvar 24-də İspaniya Kral Kubokunda 1/4 final matçında Malaga ilə qarşılaşacaq.

Qeyd edək ki, Barselona Malaga ilə ilk oyununda 2-2 hesabı ilə bərabər olmuşdu.

Xəbər 1065 dəfə oxundu.