Çempionatda VI turun oyunlarına yekun vurulub
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında VI turun oyunlarına yekun vurulub. Yığmamızın liderlərinin iştirak etmədiyi yarışın hesabat turunda heç-heçə qeydə alınmayıb.

Belə ki, VI turu qələbə ilə başa vuran Zaur Məmmədov və Vüqar Rəsulov ilk 2 pilləni bölüşdürürlər. Onların aktivində 4,5 xalı var. İlk “üçlüyü” Misrətdin İsgəndərov qapayır. O, Zaurla Vüqardan 1 xal geri qalıb. 4-cü yerdə qərarlaşan Kənan İzzət də 3,5 xala malikdir. Lakin o əlavə göstəricilərə görə rəqibindən geri qalır.

Sonrakı yerləri müvafiq olaraq, Nicat Abbasov (3), Sərxan Quliyev (2,5), Ürfan Sevdimalıyev (1,5), Şəhriyar Rəhimov və Ülvi Bacarani (hər ikisi 0,5) tuturlar. Sonuncu ilk tur istisna olmaqla, digər görüşlərə qatılmayıb.

VI tur
Vüqar Rəsulov - Sərxan Quliyev – 1:0
Ülvi Bacarani - Nicat Abbasov - -:+
Zaur Məmmədov - Ürfan Sevdimalıyev – 1:0
Şəhriyar Rəhimov - Misrətdin İsgəndərov – 0:1

Qeyd edək ki, İzzət son turda istirahət edib.

Xəbər 935 dəfə oxundu.