Uesley Sneyder: "Mən də əfsanə olmağa gəldim"
Bugün türk futbol tarixində ən önəmli imzalardan biri atılıb. İdman.com.az saytının məlumatına görə, Hollandiyalı ulduz Uesley Sneyder Qalatasaray ilə 3 il yarımlıq müqavilə imzalayıb.

Uesley Sneyder: “Qalatasaray” kimi böyük bir komandaya gəlmək möcüzədir. Məni gözləyən minlərlə azarkeşin olması, mənə qürur verdi, bura gəldiyim üçün çox xoşbəxtəm. Məni burada çox yaxşı qarşıladılar. Artıq məşqlərə çıxmaq arzusundayam. Belə bir komandaya xidmət edəcəyim üçün çox qürurlu və xoşbəxtəm”.

Qeyd edək ki, Sneyder “Qalatasatay”ın İtaliya “İnter”indən transfer olunub.

Xəbər 898 dəfə oxundu.