Qazaxda Məktəbli kuboku turniri
25 dekabr 2012-ci il tarixdə Qazax şəhər 4 saylı orta məktəbin idman zalında orta məktəblərin 5-7-ci sinif şagirdləri arasında mini-futbol üzrə "Coca-Cola Məktəbli Kuboku"nun rayon mərhələsinə start verilib.
Yarışda rayonun orta ümumtəhsil məktəblərindən 14 komanda (11 komanda VII siniflər, 3 komanda V siniflər) iştirak edir. Hər komanda 12 oyunçu (6 nəfər əsas, 6 nəfər ehtiyat) və 1 məşqçidən ibarətdir
Yarışın açılışı M.Hüseyn adına məktəb lisey və S.Vurğun adına 2 saylı orta məkətbin komandaları arasında matçla başlayıb. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən oyun 4:3 hesabıyla 2 saylı orta məktəbin komandasının xeyrinə başa çatıb.
Açılış tədbirində rəsmi qonaqlar qismində AFFA-nın, rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin nümayəndələri iştirak ediblər.
Qarşılaşmalar 19 yanvar 2013-cü il tarixdə yekunlaşıb və finalçılar müəyyənləşib.
V siniflər arasında final görüşü şəhər 4 saylı orta məktəb və şəhər M.Hüseyn adına məktəb-liseyin komandaları arasında, VII siniflər arasında isə şəhər 5 saylı orta məktəblə Aşağı Salahlı kənd orta məktəbin komandaları arasında keçiriləcək.

İsmayıl Süleymanov
Qazax rayon Gənclər və İdman İdarəsi


Xəbər 1023 dəfə oxundu.