“Sumqayıt” daha bir futbolçu ilə güclənib
“Rəvan”ın əvəzedi heyətindən Tərlan Əhmədlini heyətinə qatan “Sumqayıt” daha bir futbolçu ilə güclənib. Premyer Liqa təmsmilçisi Stavropolda yaşayan gənc azərbaycanlı oyunçu Emil Cəbrayılovu heyətinə qatıb. Emil hələlik əvəzedici komandada çıxış edir.

Yaxın bir neçə gündə “Sumqayıt” daha bir futbolçu ilə müqavilə bağlayacaq. Rusiyada oynayan bu oyunçu ilə artıq razılıq əldə olunub. Bundan başqa komandanın düşərgəsinə Almaniya, Türkiyə və Rusiyadan baxışa futbolçular gələcək.

Xəbər 851 dəfə oxundu.