Ançelottinin köməkçisi həlak oldu
PSJ-nin baş məşqçisi Karlo Ançelottinin köməkçisi Nikolas Broud avtomobil qəzasında dünyasını dəyişib. İdman.com.az saytı xəbər verir ki, bu səbəbdən Paris klubunun rəhbərliyi hətta bazar günkü «Bordo» ilə matçın təxirə salnmasını istəmişdi. Klubdan və oyunların yayımı haqqına sahib Canal+ və liqa rəhbərliyinə bu barədə müraciət olunmuşdu.

Buna səbəb kimi bütün heyətin komandada statistikaya cavabdeh 38 yaşlı menecerin ölümündən şoka düşməsi göstərilirdi. Broud Ançelottinin yaxın məsləkdaşı olub və italiyalı onu «Çelsi»dən Parisə dəvət etmişdi. İngilis mütəxəssis Sen Jermen an Le magistral yolu istiqamətində qəzaya düşüb.
Futbol liqasının rəhbərliyi «Bordo» ilə matçın təxirə salınmasını rədd edib.

Xəbər 937 dəfə oxundu.