Növbəti qələbə ilə növbəti mərhələyə
Qadın otüstü hokkeyçilərdən ibarət milli komandamız bu gün Cənubi Afrika Respublikasının Keyptaun şəhərində keçirilən Dünya Hokkey Liqasının 2-ci mərhələsində bu gün növbəti oyununa çıxıb.

İdman.com.az saytı xəbər verir ki, qızlarımız 2-ci rəqibi Avstriya yığması olub. Üstün oyun nümayiş etdirən Adil Paşayevin komandası matçı qələbə ilə bitirib – 2:1.

Adı çəkilən görüşdən sonra Azərbaycan seçməsi qrupda ən azı 3-ü yeri özünə təmin edib. Bu isə, millimizin 3-cü mərhələsinə vəsiqə qazanması demək olub.

Xatırladaq ki, ilk görüşdə komandamız qanalı həmkarlarını 4:0 hesabı ilə məğlub edib.

Sabah yığmamız istirahət edəcək. Birisi gün qızlarımız Litva hokkeyçiləri ilə qarşılacaqlar.


O Q H M T X

1.Azərbaycan 2 2 0 6-1 6
2.Belçika 1 1 0 0 8-0 3
3.CAR 1 1 0 0 6-0 3
4.Avstriya 2 0 0 2 1-10 0
5.Qana 2 0 0 2 0-10 0

Xəbər 1186 dəfə oxundu.