"Qarabağ" Antalyada hazırlıqlarını davam etdirir
"Qarabağ" Antalyada hazırlıqlarını davam etdirir. Təlim-məşq toplanışının 13-cü günündə komandanın sadəcə 1 məşqi vardı.

Ağdam klubu ənənəvi olaraq səhər çalışmasına yerli vaxtla 11:00-da yollanıb. “Qarabağ”ın bütün futbolçularının məşqə çıxdığı çalışma 90 dəqiqə davam edib. Fizikit-taktiki hazırlıq üzərində qurulan məşqdə Kristian Torres komandadan ayrı çalışıb. Ayağında yüngül ağrı olan argentinalı fizioterapevt nəzarətində müəyyən təmrinlər yerinə yetirib. Əvəzində yeni transfer Branimir Subaşiç komandayla hazırlıqlarda iştirak edib.

Xəbər 882 dəfə oxundu.