Qvardiola komandada Arda Turanı görmək istəyir
“Bavariya”nın baş məşqçisi təyin olunan Pep Qvardiolanın transfer etmək istədiyi ilk futbolçu müəyyənləşib. İspan mütəxəssis yayda işə başlayacağı komandada Arda Turanı görmək istəyir.
Bu barədə İspaniyanın “El Mundo Deportivo” qəzeti məlumat yayıb. Qəzetin iddiasına görə, Türkiyə millisinin üzvü Qvardiolanın transfer siyahısına başçılıq edir. Xəbərdə həmçinin qeyd olunur ki, “Atletiko” ilə 2015-ci ilə qədər müqaviləsi olan, “Liverpul” və “Arsenal”ın transfer siyasına düşən Turan 17 milyon avro qarşılığında “Bavariya”ya keçə bilər.

Xəbər 938 dəfə oxundu.