Avropada legionerlərin sayı artıb
FİFA 2012-ci ildə Avropa klublarında əcnəbi futbolçuların sayında rekord artımın olduğunu açıqlayıb. İdman.com.az saytının məlumatına görə, Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin dünyanın futbolçu çempionatlarında apardığı araşdırmalar zamanı maraqlı faktlar üzə çıxıb.

Məlum olub ki, Avropanın 31 çempionatında əcnəbi sayı orta hesabla 36.1 faizdi. Türkiyə, Cənubi Kipr, İngiltərə, Portuqaliya, Belçika və İtaliyada isə bu rəqəm 50 faizdən daha artıqdı.

Ən çox əcnəbi futbolçunun forma geyindiyi çempionatlara Braziliya A Seriyası başçılıq edir. Bu çempionat əcnəbi sayı 524-dən 515-ə düşməsinə rəğmən liderliyini qoruyub. İkinci sıradakı Fransa Liqa 1-də əcnəbi sayı ötən bir ilə nisbətən 24 nəfər artaraq 269-a çatıb. Ən çox legioner futbolçuya sahib çempionatlar sıyahısında üçüncü yeri Serbiya, dördüncü yeri Argentina tutur.

İspaniyada bir ildə gələn əcnəbi sayı 34-dən 148-ə, Portuqaliyada 41-dən 171-ə yüksəldiyi halda, Yunanıstanda ligionerlərin sayı 14.9 faiz azalıb.

Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin hazırladığı hesabatda gənc futbolçu yetişdirmək məsələsində bir neçə klub istisna olmaqla Avropa klublarının fəaliyyəti yetərsizdi. Məlum olub ki, “Barselona”nın 59, “Ayaks”ın 55, “Mançester Yunayted”in 40 faizi öz yetirməsidi.

Xəbər 869 dəfə oxundu.