Qadın hokkeyçilərimizdən start qələbəsi
Ölkəmizin qadın otüstü hokkeyçilərdən ibarət milli komandası bu gün Cənubi Afrika Respublikasının Keyptaun şəhərində Dünya Hokkey Liqası turnirinin 2-ci mərhələsində mübarizəyə başlayıblar.

İdman.com.az saytı xəbər verir ki, qızlarımız ilk görüşdə Qana seçməsi ilə qarşılaşıb. Start uğurlu alınıb. Adil Paşayevin rəhbərlik etdiyi kollektiv Afrika təmsilçisini darmadağın edib - 4:0.

Sabah millimiz Avstriya komandası ilə üz-üzə gələcək. Dairəvi sistemlə keçirilən yarışın yekununda ilk 2 yeri tutan komanda Dünya Hokkey Liqası turnirinin 3-cü mərhələsinə vəsiqə qazanacaq.

Xəbər 1046 dəfə oxundu.