Rayon birinciliyi 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuşdu
Siyəzən rayon Gənclər və İdman İdarəsi idarənin 2012-ci ilin I yarımilliyi üçün tədbirlər planına uyğun olaraq, Uşaq-Gənclər İdman Məktəbi ilə birgə 19 yanvar 2013-cü il tarixdə şəhər stadionunun idman zalında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş Sərbəst güləş üzrə 1996-1998-ci il təvəllüdlü yeniyetmələr arasında rayon birinciliyi keçirib.
20 yanvar şahidlərinin xatirəsinin yad edilməsi, yeniyetmələr arasında idmanın kütləviliyinin artırılması, sağlam həyat tərzinin təbliğ edilməsi, zərərli vərdişlərdən yayındırılması, asudə vaxtlarının səmərəli təşkil olunması və idmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi məqsədilə keçirilən yarışda 6 çəki dərəcəsində ümumilikdə 42 nəfər yeniyetmə öz qüvvəsini sınayıb.
Yarışda Tural Hüseynov 42 kq, Hikmət Məmmədov 46 kq, Ehtiram Həmidov 50 kq, Asif Mirzəyev 54 kq, Cəmulla Feyziyev 58 kq, Bəxtiyar Qafarov isə 63 kq çəki dərəcələrində I yeri tutublar.
Yarışın qalibləri Siyəzən rayon Gənclər və İdman İdarəsinin fəxri fərmanları ilə təltif olunublar.

Nadir Məmmədov
Siyəzən rayon Gənclər və İdman İdarəsinin rəisi

Xəbər 2191 dəfə oxundu.