Lerikdə şahmat yarışı

17-18 yanvar tarixlərində Lerikdə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş 10-12-14-16 yaşlı məktəbli oğlanlar arasında şahmat yarışı keçirilib. Lerik Şahmat-dama klubunda təşkil edilən yarışın əsas məqsədi 20 Yanvar şəhidlərinin xatirəsinin yad edilməsi, şahmat idman növünün inkişaf etdirilməsi olub.
44 nəfərin yarışdığı turnirdə qaliblər aşkar olunaraq mükafatlandırılıb və perspektivli şahmatçılar müəyyən edilib.

R.Rüstəmov
Lerik Rayon Gənclər və İdman İdarəsinin rəisi

Xəbər 1040 dəfə oxundu.