“Simurq”un bütün rəqibləri müəyyənləşdi
Antalyada təlim-məşq toplanışında olan “Simurq”un yoxlama oyunu keçirəcəyi rəqiblərin siyahısı müəyyənləşib. Zaqatala klubu qardaş ölkədə 4 sınaq matçı keçirəcək.

İlk oyun yanvarın 22-də baş tutacaq və rəqib Sofiya ÇSKA-sı olacaq (Bolqarıstan). Üç gün sonra Rusiyanın “Tom” klubunu sınağa çəkəcək “Simurq” yanvarın 28-də Xorvatiya “Slovan” ilə qarşılaşacaq. Ayın 31-dəki son matçda isə zaqatalalılar Rusiyanı “Petroul” ilə üz-üzə gələcək.

Xəbər 833 dəfə oxundu.