Lord Sebastian Koe Bakıya birgünlük səfərə gəlib
Böyük Britaniya Olimpiya Assosiasiyasının rəhbəri Lord Sebastian Koe bu gün Bakıya birgünlük səfərə gəlib. Lord Sebastian Koe Bakı Olimpiya Kompleksində Beynəlxalq İdman Həyəcanı Proqramının irsinin davamçısı olan “İnkişaf Naminə İdman” İctimai Birliyinin Azərbaycan Atletika Federasiyası ilə birgə təşkil etdiyi məşq prosesinə baş çəkəcək və tədbir iştirakçıları ilə görüşəcək.

Qeyd edək ki, Lord Sebastian Koe 2012-ci il London Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsinə rəhbərlik edib.

Xəbər 827 dəfə oxundu.