Ruslan Abışovun "Rubin"də debütü gerçəkləşib
Nəhayət ki, Ruslan Abışovun "Rubin"də debütü gerçəkləşib. Komandanın baş məşqçisi Kurban Berdiyev "Şerif"lə keçirilən yoxlama oyununda millimizin üzvünü start heyətində meydana buraxıb.

Xatırladaq ki, Ruslan bir neçə gündü ki, "Rubin"də baxışdadı. Onunla yaxın günlərdə rəsmi müqavilənin imzalanacağı gözlənilir.

Xəbər 881 dəfə oxundu.